YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Əfv sərəncamları cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir

«Əfv sərəncamları ilə məhbus həyatı yaşamış vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır. Bu, cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə  bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanması böyük humanizm nümunəsidir. Onun sözlərinə görə, ölkə rəhbəri hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, onlarla ailəyə sevinc bəxş edir.

«Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Digər tərəfdən, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır. Bütövlükdə, Azərbaycan cəmiyyəti növbəti əfv Sərəncamının imzalanmasını yüksək qiymətləndirir» - deyə, Ç.Qənizadə qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv