YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər çoxsaylı və rəngarəng olub

«Artıq Azərbaycanda bir ənənədir ki, biz hər ili çox məhsuldar başa vururuq. Təbii ki, 2014-cü ildə də bizim digər sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də kifayət qədər uğurlarımız və nailiyyətlərimiz var».  Bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, 2014-cü il ərzində gənclər siyasəti ilə əlaqədar  müxtəlif səviyyəli tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, gənclərin inkişafı, onların ictimai həyatda daha fəal təmsilçiliyi, beynəlxalq əlaqələrin qurulması və s. baxımından təxminən il ərzində 160-a yaxın layihə reallaşıdırılıb.

«Bunların sırasında 40-a yaxını beynəlxalq tədbirlərdir. Bu il ərzində təxminən 3 minə yaxın gənc keçirilən mübadilə layihələrində iştirak etmək imkanı əldə edib. Azərbaycanda ilk dəfə olaraq 2014-cü ildə dünyada birinci Bakı Qlobal Gənclər Forumu keçirildi. Həmin forumun Azərbaycanda keçirilməsi düşünürəm ki, ölkəmizdə bu günə qədər gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlərə verilən bir qiymətdir. 165 ölkənin nümyandəsi Azərbaycana gəldi və bu tədbirlərdə iştirak etdi. İştirak edən insanların əksəriyyəti isə Azərbaycanın gənclər siyasəti sahəsində olan təcrübəsindən yararlanmasını xüsusilə qeyd etdilər. Ötən il, həmçinin,  21 ölkədə müsabiqə keçirdik və nəticə olaraq bu müsabiqələrdə qalib gəlmiş 174 gəncin müxtəlif ölkələrdən Azərbaycana səfərini təşkil olundu. Hesab edirəm ki, gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər çoxsaylı və rəngarəng olub. 2015-ci il isə artıq yeni hədəflər, vəzifələr bizi gözləyir. Düşünürəm ki, biz onları da çox uğurla başa çatdıracayıq»- deyə, nazir müavini vurğulayıb.