YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın videokonfrans formatında təşkil etdiyi "Onlayn yay düşərgəsi" başa çatdı

     İyulun 31-də Yeni Azərbaycan Partiyasının gənclərinin pandemiya dövründə birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin inkişafını və genişləndirilməsini, siyasi dünyagörüşlərinin formalaşdırılmasını və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə ilk dəfə olaraq təşkil olunmuş "Onlayn yay düşərgəsi" başa çatıb.

      Videokonfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov ilk dəfə olaraq videokonfrans formatında keçirilən "Onlayn yay düşərgəsi"nin uğurla başa çatdığını vurğulayaraq, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı

      Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirdi ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

      Gənclər də öz növbəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlıqlarını bildirdilər.

      Qeyd edək ki, onlayn yay düşərgəsi çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə müxtəlif mövzularda məruzələr dinlənildi, seminarlar təşkil olundu.

      Beləliklə də, gənclərin biliklərini artırmasına, bir-birləri ilə ünsiyyət əsasında dostluq əlaqələrinin qurulmasına, onlar üçün təcrübə və biliklərin mübadiləsinə şərait yaradan "Onlayn yay düşərgəsi" başa çatdı.