YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Soydaşlarımıza qarşı zorakılıq faktlarını müvafiq ölkələrin hüquq-mühafizə orqanları ciddi araşdırmalı və konkret tədbirlər görməlidir

“Beynəlxalq müstəvidə Ermənistanın Azərbaycanın ərazilərini işğal altında saxlaması faktının tanınması, ölkəmizin artan beynəlxalq nüfuzu erməni hakimiyyətini ciddi narahat edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, son dövrlər Ermənistandakı avantürist hakimiyyətin yürütdüyü siyasətin daha da fəallaşması da bunu sübut edir. Terorçu ölkənin törətdiyi təxribatlar və beynəlxalq təşkilatların məsələyə ikili standartlardan yanaşması da müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

“Onlar yaşadıqları ölkələrdə etiraz aksiyaları keçirərək ermənilərin terror aktlarına, dinc əhalini qətlə yetirmələrinə son qoyulmasını tələb edirlər. Ermənilər isə yenə də faşist xislətlərini nümayiş etdirirlər. Təssüflər olsun ki, bu təxribatçı hərəkətlər insan haqları və demokratiyanın mərkəzi sayılan Belçika, Fransa, Almaniya və ABŞ-da baş verir. Beynəlxalq konvensiyalara görə, sırf təhlükəsizlik məsələsi ilə bağlı məsuliyyət hadisənin baş verdiyi ölkələrin üzərinə düşür. Buna görə də ermənilərin vandal və terrorçu hərəkətləri həmin dövlətlər tərəfindən kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktlarını o ölkələrin hüquq-mühafizə orqanları ciddi araşdırmalı və konkret tədbirlər görməlidir. Çünki erməni radikal qruplarının vandallıq aktlarına hüquqi qiymət verilməməsi daha təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər”, - deyə deputat qeyd edib.