YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Bank: Cari ildə ölkə iqtisadiyyatının 4,4 faiz artacağı gözlənilir

Cari ildə Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaq. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, 2015-ci ildə də ölkənin xarici iqtisadi mövqeyi əlverişli olaraq qalacaq. Ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaq. Mövcud makroiqtisadi proqnozlar çərçivəsində tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması gözlənilir.
2015-ci ildə iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin olunacaq və bu sektor üzrə artım proqnozu 8,2 faiz təşkil edir.
Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6,1 faiz, əhalinin pul xərcləri isə real olaraq 5,2 faiz artacaq.