YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis Prezident İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilib. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlametin bu gün keçirilən 2014-cü ilin son plenar iclasında bildirib.

Oqtay Əsədov qeyd edib: “Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətə görə cənab Prezidentə hamımızın adından öz minnətdarlığımızı bildiririk”.

Spiker qarsıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cənab Prezidenti və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edib və dövlət başçısına öz fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.