YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sankt-Peterburqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli gecə olub

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölməsinin və “Naxçıvan” regional təşkilatının və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Rusiyanın Şimal-Qərb federal dairəsi üzrə regional bölməsinin iştirakı ilə dekabrın 28-də Rusiyanın Şimal paytaxtında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş təntənəli gecə keçirilib. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən məlumat veriblər.
Baş konsul Elşad Qulamov tədbiri açaraq bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının milli bayramına çevrilib. Bayramın əsas qayəsi azərbaycanlıların birliyi, milli mənəvi dəyərlərə hörmət, Azərbaycan xalqına məxsusluq və tarixi Vətənə bağlılıq hissini təşviq etməkdir.
Diplomat Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ilk növbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə RF Prezidenti Vladimir Putinin qarşılıqlı etimada söykənən sıx münasibətləri üzərində qurulan Rusiya-Azərbaycan münasibətlərini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxaran islahatlarından söz açıb. Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətini oxuyub.
“Naxçıvan” ictimai təşkilatının sədri İdris Qəhrəmanov çıxış edərək bildirib ki, Rusiyada yaşayan və bu ölkənin çoxmillətli cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan azərbaycanlılar RF-nin, o cümlədən Sankt-Peterburqun ictimai həyatında fəal iştirak edirlər. İ.Qəhrəmanov ümidvar olduğunu bildirib ki, Azərbaycan gəncləri bundan sonra da şəhərin hakimiyyət strukturlarında təmsil olunacaq, çünki bunun üçün yetərincə geniş imkanlar var.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Leninqrad vilayətindəki nümayəndəsi Mirtofiq Qasımov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbik edərək, Azərbaycanı Rusiyada, o cümlədən Sankt-Peterburqda populyarlaşdırmağın, xalqımızın adət-ənənələrini təbliğ etməyin əhəmiyyətini bildirib.
Tədbirdə iştirak edən tanınmış bəstəkar, prodüser və müğənni Aleksandr Panov bir neçə musiqi kompozisiyası ifa edib.
Təntənəli gecədə qonaqlara Azərbaycanın müasir simasını, müxtəlif regionların inkişafını, füsunkar təbiətini və unikal tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib. Tələbələr arasında Azərbaycan tarixi üzrə biliklərə dair müsabiqələr keçirilib. Qaliblərə xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə ictimaiyyətin nümayəndələri, şəhərin müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Sankt-Peterburqun ali məktəblərində oxuyan azərbaycanlı tələbələr iştirak ediblər.