YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhreyn Krallığının nüfuzlu “Alkoun-Universe” nəşrində “Azerbaijan” sərlövhəli məqalə yerləşdirilib

Bəhreyn Krallığında nəşr olunan, Ərəbistan yarımadasının nüfuzlu mətbu orqanlarından sayılan “Alkoun-Universe” jurnalının 11-ci nömrəsində “Azerbaijan” sərlövhəli məqalə yerləşdirilib.
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin redaksiyaya ünvanladığı materiallar və nadir fotolar əsasında hazırlanmış məqalədə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, həyata keçirilən sosial-iqtisadi layihələrin əhəmiyyətindən, o cümlədən ölkəmizin geniş turizm imkanlarından bəhs olunur.
Milli mədəniyyət nümunələrimiz, maddi və qeyri-maddi irsimiz barədə zəngin məlumatların yer aldığı məqalədə diqqətə çatdırılır ki, Azərbaycan bölgədə ən qədim tarixi-memarlıq abidələrinə sahib olmaqla bərabər ictimai-siyasi sabitliyi ilə seçilən ölkədir. Yazıda qonaqpərvərliyi və humanistliyi ilə şöhrətlənən xalqımızın gözəl xüsusiyyətlərindən söz açılır.
Ölkəmizin inkişaf göstəricilərindən sayılan nadir layihələr əsasında inşa olunan müasir əzəmətli tikintiləri, o cümlədən tarixi abidələri və əsrarəngiz təbiət mənzərələrini əks etdirən fotolar, oxucularda Azərbaycan haqqında daha aydın təsəvvür yaradır.