YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Merilend ştatının (ABŞ) Rokvil şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib. Amerika-Azərbaycan Ticarət Palatası, ARDNŞ-in ABŞ-dakı nümayəndəliyi və Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə amerikalı qonaqlar, Vaşinqtonun və ətraf rayonların Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2015-c i il münasibətilə təbrik edib. E.Süleymanov başa çatmaqda olan ilin yekunlarından söhbət açaraq Prezident İlham Əliyevin müdrik iqtisadi və xarici siyasəti sayəsində Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə qazandığı uğurları qeyd edib. Diplomat vurğulayıb ki, Azərbaycan özünü postsovet məkanında ən sabit və müstəqil dövlət kimi təsdiq edib. Səfir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini qeyd edərək, Azərbaycan icmasının nümayəndələrini daha sıx birləşməyə və Azərbaycanı Birləşmiş Ştatlarda təmsil edərkən daha yüksək fəallıq göstərməyə çağırıb.
Sonra ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Bədir Məmmədli çıxış edib. O, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və yeni ildə onlara yeni uğurlar arzulayıb. B.Məmmədli diasporun fəaliyyətində Azərbaycan icmasının rolunu və onun qısa müddətdə qazandığı uğurları qeyd edib.
Tədbirdə fokusçu və Şaxta babanın iştirakı ilə uşaqlar üçün proqram da təqdim edilib.