YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Ölkəmiz ÜDM-in artımına görə, ümümdünya göstəricisini bir neçə dəfə qabaqlayır

«Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafı 2014-cü ildə davam edib, bütün sahələrdə uğulu iqtisadi və sosial nəticələr əldə olunub. 2014-cü ilin ötən 11 ay üzrə iqtisadi və sosial inkişaf göstəricilərini nəzərdən keçirsək yola saldığımız ilin ölkəmiz üçün çox uğurlu olduğunu qeyd edə bilərik. Qeyd olunan dövrdə aparılan islahatlar daha da dərinləşib və nəticədə ölkəmizin dinamik inkişafı təmin edilib. Respublikamızda böyük layihələr icra olunub, ölkəmizin beynəlxalq nüfuzu artıb». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, 2014-cü ilin yanvar-noyabr aylarında iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2014-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 53,7 milyard manata çatıb. Onun sözlərinə görə, milli məhsulun bu həcmdə artımı dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

«Bu il ən inkişaf etmiş Amerika və Avropa ölkələrinin iqtisadiyyatında iqtisadi artım 1-1,5 faiz artıb, yəni, ölkəmiz ÜDM-in artımına görə, ümümdünya göstəricisini bir neçə dəfə qabaqlayır. ÜDM-in istehsalında qeyri-neft sektorunda artım 6,5 faizi ötmüşdür ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin uğurlu nəticələrindən xəbər verir. Həmçinin, sənaye sahəsində çox mühüm nailiyyətlərə imza atılıb və sənaye sektoru inkişafın əsas lokomotivlərindən birinə çevrilib. Regionların inkişafı ilə bağlı həyata keçirilən səmərəli siyasət öz bəhrəsini verib və ölkədə yeni yaradılan iş yerlərinin sayı 1 milyon 300 min nəfəri ötüb, yoxsullun səviyyəsi 5 faizdən də aşağı enib. İqtisadiyyata bu dövrdə 22 milyard dollardan artıq investisiya qoyulub ki, onun da böyük hissəsi daxili investisiyalardır. 2014-cü ildə Azərbaycan sosial sahədə də mühüm nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, demək olar ki, bütün strukturlarda əməkhaqqı artırılıb»- deyə, A.Hüseynov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv