YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Qadınların və gənclərin bələdiyyələrdə təmsilçiyinin artması çox təqdirəlayiqdir

«Bələdiyyələr yerli demokratiyanın inkişafında böyük rol oynayır. Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötür. Bu illər ərzində ölkəmizdə bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb. Bu mənada, 23 dekabrda bələdiyyələrə keçirilən  seçkilər də böyük əhəmiyyət kəsb edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.

«Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir. 23 dekabrda keçirilən bələdiyyə seçkiləri məhz bu kontekstdə qiymətləndirilməlidir. Mən seçki günü 30-dan çox məntəqədə səsvermənin gedişini müşahidə etdim. Bu seçkilər tamşəffaf şəkildə təşkil olunmuşdu. Seçkilər nəticəsində qadınların və gənclərin bələdiyyələrdə təmsilçiyinin artması çox təqdirəlayiqdir. Bu, o deməkdir ki, qadınların və gənclərin cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə, eləcə də idarəçilikdə rolu artmaqdadır»- deyə, K.Əliyeva qeyd edib.

 
 

DİGƏR Xəbərlər Arxiv