YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Vətəndaşlarımızın məsuliyyətli davranması, dövlətlə birgə olması sayəsində vəziyyətin sabitləşməsinə nail olmuşuq

Rəqəmlərdə müəyyən sabitləşmə özünü göstərir, artıq yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var. Bu da hər birimizi sevindirir. Lakin bu, bizi tam şəkildə qane edə bilməz.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Koronavirusa qarşı mübarizəmiz birgə səylərlə davam edir. Başa düşürük ki, isti yay günlərində vətəndaşlarımız, xüsusilə azyaşlı uşaqları olan ailələr üçün karantin şəraitində qalmaq çox ağırdır. Lakin biz birlikdə bu virusa qarşı mübarizə aparırıq. Vətəndaşlarımıza göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk. Vətəndaşlarımızın məsuliyyətli davranması, dövlətimizlə birgə olması sayəsində biz vəziyyətin sabitləşməsinə nail olmuşuq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.