YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramını təsdiqləyib

Prezident İlham Əliyev dekabrın 26-da “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.