YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin və sağlamlığının qayğısına qalır

“Məlum olduğu kimi, pandemiya təhlükəsinin mövcudluğu şəraitində dövlət tərəfindən mühüm tədbirlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin timsalında dövlətin öz vətəndaşlarına qarşı diqqət və qayğısını hər gün hiss edirik. Dövlət başçısının atdığı addımlar ölkə daxilində Ona qarşı olan inam və etimadı daha da artırır. Eyni zamanda, fəxarət hissi ilə demək olar ki, pandemiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə Azərbaycan Prezidentinin təşəbbüsləri beynəlxalq arenada da dövlətimizə etimadın yüksək olduğunu sübut edib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.

Onun sözlərinə görə, dövlət başçısı bu ağır və çətin günlərdə xalqına şərəflə xidmət göstərir, ölkənin sosial-iqtisadi inkişafı, insanların sağlamlığı və təhlükəsiziliyi istiqamətində görülən işlər və nəzərdə tutulan layihələrin həyata keçirilməsinə bilavasitə nəzarət edir. Dövlət başçısının ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədəki fikirlərinə toxunan V.Seyidovun sözlərinə görə, həmin müsahibəni Azərbaycan Prezidentinin son dövrlər gördüyü işlər barədə öz xalqına hesabatı kimi də qiymətləndirmək olar: “Pandemiyanın ilk günlərindən indiyə qədər həyata keçirilmiş təxirəsalınmaz tədbirlərə nəzər salan dövlət başçısı baş verən bütün hadisələri, yaranmış vəziyyəti hərtərəfli təhlil edib. Bu zaman bir daha əmin olduq ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin və sağlamlığının qayğısına qalır”.

YAP Suraxanı rayon təşkilatının sədri deyib ki, koronavirusla bağlı aparılan testlər və laboratoriyalar məsələsinə toxunan dövlət başçısı Azərbaycanın bu sahədə də dünya ölkələri sırasında yüksək pillədə olduğunu bildirib: “Cənab Prezident əhalisinin sayına görə ölkəmizlə eyni olan dünya dövlətləri ilə müqayisədə Azərbaycanda vəziyyətin nəzarət altında olduğunu xüsusi qeyd edib. Bununla belə, bu statistikanın sərt karantin qaydalarına riayət edilməsində məsuliyyəti azaltmağa əsas vermədiyini də diqqətə çatdırıb. Prezident qaydaları pozanların kimliyindən aslı olmayaraq qanun qarşısında cavab verəcəyini bir daha xatırladıb. Ona görə də, vətəndaş kimi biz karantin qaydalarına əməl etməkdə maraqlı olmalı, sosial məsuliyyətimizi dərk etməliyik”.

DİGƏR Xəbərlər Arxiv