YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Bu hadisə Azərbaycanın dünya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə verilən yüksək dəstək dünya miqyasında Azərbaycanla hesablaşmalarının nəticəsidir. Belə bir təşəbbüsün  əksər ölkələr tərəfindən dəstəklənməsi dünyanın Azərbaycana və dövlət başçımıza olan etimadının göstəricisidir.  Heç də hər bir dövlətin başçısı BMT-yə belə vacib məsələlərlə bağlı müraciət etmir, təkliflər vermir. Çünk, təkliflərinin nə dərəcədə qəbul olunub-olunmayacağı barədə arxayın deyillər. Azərbaycanın isə göründüyü kimi təkliflərini dünyanın əksər ölkələri dəstəkləyir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu, ilk növbədə Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizədə artıq öz sözünü demiş bir dövlətdir. Prezident İlham Əliyev istər Türk Şurasının Zirvə toplantısında, istərsə də Qoşulmama Hərəkatının video konfransında çıxışında bildirdi ki, pandemiya beynəlxalq səciyəli bir məsələdir və ona münasibət də beynəlxalq səviyyədə olmalıdır. Hər yerdə bütün güclər bir yerə qoyulmalı və məsələ beynəlxalq miqyasda həllini tapmalıdır. Bu təkliflər müsbət qarşılandıqdan sonra, Prezident İlham Əliyev BMT-yə müraciət göndərdi və koronavirusla mübarizə üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasını təklif etdi. Yəqin ki, BMT təşəbbüsə müsbət cavab verəcək və konfrans da baş tutacaq.

“Bu, Azərbaycanın dünya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir. Həmçinin bu cənab Prezidentin şəxsi nüfuzunun və dünya liderləri səviyyəsində qəbul olunduğunun göstəricisidir. Azərbaycan Prezidentinin həmin təşəbbüsü ölkəmizin koronavirusla mübarizə tarixində  rolunu daha da yüksəldəcək. Bunlar bizləri sevindirir. Ermənistanın isə tələsik olaraq təşəbbüsə etiraz bildirməsi  bir dövlət olaraq işğalçı ölkəni dünya ictimaiyyətinin gözündə aqressor, xoşməramlı istənilən təklifə qarşı çıxan, bədniyyətli ölkə kimi tanıdacaq, onları daha çətin vəziyyətə salacaq.  İnfeksiyalar əvvəl-axır keçir, müharibələr başa çatır. Amma həmin dövrdə hansı dövlətin, xalqın, liderin hansı davranış sərgiləməsi tarixdə qalır.  Azərbaycanın bu müstəvidə pozitiv və lidersayağı davranışı da dünya tarixində qalacaq"-deyə, M.Quliyev vurğulayıb. 

 

DİGƏR Xəbərlər Arxiv