YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Azərbaycan bu rəğbəti uzun illər həyata keçirdiyi ardıcıl xarici siyasət hesabına, prinsipial, müstəqil mövqe sayəsində qazanıb

“Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışındakı müsahibəsində ölkədaxili və beynəlxalq auditoriyaya hesablanmış bir çox vacib məsələlərə toxundu”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsinin əsas istiqamətləri pandemiya ilə mübarizə sahəsində görülən işlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi mövqe idi: “Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsəslələrə də geniş toxundu. Ermənistanın hazırkı mərhələdə əsas məqsədinin danışıqlar prosesini pozmaq olduğunu bildirdi. Bu məqsədlə müxtəlif təxribatlara əl atdığını, beynəlxalq təşkilatların bu məsələyə adekvat reaksiya vermədiyini qeyd etdi. Xüsusilə ATƏT-in mövqeyini sərt tənqid etdi. Hər iki ölkəyə mmünasibətdə ikili standartlara yol verildiyini xüsusi vurğuladı”.

Millət vəkilinin sözlərinə görə, Prezident həmçinin Azərbaycanla müqayisədə Ermənistanda pandemiya ilə mübarizə sahəsində vəziyyətin yaxşı olmadığını, bu ölkənin hazırda pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd etdi. Buna təsir göstərən amillərdən biri də Ermənistanın uzun illərdir Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyadır. Məhz bu səbəbdən Ermənistan bir çox regional layihələrdən kənarda qalıb.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açdı. Əslində pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı. Bu qərəzli yanaşmanın kökündə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaq idi. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi əldə edilmişdi. Burada iki əsas məsələ öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər həyata keçirdiyi ardıcıl xarici siyasət hesabına, prinsipial, müstəqil mövqe sayəsində qazanıb. Bu, doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycana yenidən verilən böyük beynəlxalq dəstəkdir, ölkəmizə olan inam və etimadın göstəricisidir”-deyə, deputat qeyd edib.