YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Yaponiyanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident faciə ilə əlaqədar İmperatora, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.