YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahverdi Haxverdiyev: Prezident İlham Əliyevin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq miqyasda ölkəmizə verilən dəyərin göstəricisidir

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq miqyasda ölkəmizə verilən dəyərin göstəricisidir. Bu gün yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq siyasətin mühüm siyasi aktoru kimi qlobal çağırışların təşəbbüsçüsü kimi çıxış edir. Məhz ölkəmizin yeni növ koronavirus (COVİD-19) pandemiyasına yoluxmanın qarşısının alınması istiqamətində gördüyü tədbirlər bütün dünya ölkələri üçün nümunə göstərilir". Bunu "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.

Onun sözlərinə görə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha Azərbaycanın beynəlxalq miqyasda tutduğu mövqeni ortaya qoyur. A.Haxverdiyev bildirib ki, ölkəmizdə hələ COVİD-19 –a ilk yoluxma qeydə alındığı tarixdən etibarən mühüm təxirəsalınmaz tədbirlər görülüb, insanların sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Bunun nəticəsidir ki, Azərbaycanda koronavirusdan ölüm hallarının sayı digər ölkələrdən kəskin şəkildə azdır, eləcə də sosial cəhətdən həssas qruplar pandemiya ilə bağlı karantin dövründə dövlətin diqqət və qayğısı ilə təmin edilib: "Cənab Prezidentin şəxsi təşəbbüsü ilə ölkəmizdə yeni xəstəxanaların tikilməsi, o cümlədən modul tipli xəstəxanaların istifadəyə verilməsi infeksiyaya yoluxmuş  xəstələrin sağalmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, bu gün ölkəmizdə bütün sahələr diqqət mərkəzindədir. Ötən 17 il ərzində qaçqın və məcburi köçkünlər üçün 100-dən çoox qəsəbə-şəhərcik salınıb, minlərlə ailə yeni evlərə köçürülüb. Ötən il qaçqın və məcburi köçkünlər üçün 5 minə yaxın mənzil tikilib. Bütün bunlar olduqca böyük işlərdir. Bütün qaçqın və məcburi köçkün rayonların əhalisi, o cümlədən Qubadlı ictimaiyyəti Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasi kursu dəstəkləyir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlara göstərdiyi diqqət və qayğıdan çox razıdır. Biz əminik ki, dövlət başçımız, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda işğal altında olan torpaqlarımız azad ediləcək və bütün qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar".