YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Yeni seçilən bələdiyyələr öz fəaliyyətlərini daha yüksək səviyyədə və günün tələblərinə uyğun olaraq formalaşdıracaq

«Ölkəmizdə növbəti bələdiyyə seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi mövcuddur. Qusar rayonunda seçkiləri müşahidə etdiyini deyən millət vəkilinin sözlərinə görə, bələdiyyə seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçib, seçicilərə gizli şəkildə səs verməsi üçün bütün şəraitlərin yaradılıb.

 «Bütün seçkilərdə olduğu kimi dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində də fəallıq nəzərə çarpdı. Bu da seçki təbliğatının uğurla aparıldığının göstəricisidir. Namizədlərin təmsil olunduqları, eləcə də, digər partiyalardan və müstəqil olaraq öz təşəbbüsləri ilə seçkini izləyən müşahidəçilər də seçkinin gedişatını yüksək dəyərləndirirlər. Ümumiyyətlə, bu gün ölkəmizdə seçkilərin demokratik şəkildə baş tutması üçün bütün şərait yaradılıb. Ölkəmizdə mütərəqqi Seçki Məcəlləsi qəbul olunub. Bu məcəllədə seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün imkanlar mövcuddur. Mən əminəm ki, xalqımızın iradəsini özündə əks etdirən bu seçkilərin nəticəsində rayonlarımız, kəndlərimiz daha da abadlaşacaq, yeni seçilən bələdiyyələr öz fəaliyyətlərini daha yüksək səviyyədə və günün tələblərinə uyğun olaraq formalaşdıracaq»- deyə, komitə üzvü qeyd edib.