YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Dünya azərbaycanlılarına təbrikində səsləndirilmişdir.

“Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır. Biz keçən illər ərzində iqtisadiyyatımızı sürətlə inkişaf etdirməyə, əhalinin rifah halını yüksəltməyə, yoxsulluq və işsizlik kimi sosial bəlaların səviyyəsini minimuma endirməyə nail olmuşuq. Enerji resurslarından əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və demokratik institutların inkişafına yönəldilmişdir. Ölkədə nəhəng nəqliyyat və sosial infrastruktur layihələri icra edilmiş, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı üçün müasir və güclü maddi-texniki baza yaradılmışdır.”

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Dünya azərbaycanlılarına təbrikində səsləndirilmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir.