YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də “Akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Sərəncamda 2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyinin tamam olması diqqətə çatdırılır.
Bildirilir ki, Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynamışdır. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməmişdir.
Sərəncamda akademik Məmməd Arifin Azərbaycan ədəbiyyatının inkişafı sahəsində diqqətəlayiq xidmətlərini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılmışdır.

DİGƏR Xəbərlər Arxiv