YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Pandemiya dövründə sosial şəbəkələrdə işin təşkili” mövzusunda videokonfrans keçirilib

İyunun 5-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının bir qrup əməkdaşları ilə “Pandemiya dövründə sosial şəbəkələrdə işin təşkili” mövzusunda videokonfrans keçirildi.

Videokonfransda Bakı və Sumqayıt şəhər, Abşeron, Şabran, Xızı, Şamaxı, İsmayıllı, Siyəzən, Ağsu, Quba, Qusar rayon təşkilatlarının əməkdaşları iştirak etdi.

Videokonfransda çıxış edən YAP İcra Katibliyinin sektor müdiri Asif İmaməliyev müasir Azərbaycan dövlətinin cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ümummili lder Heydər Əliyev irsinə əsaslanan dövlət quruculuğu siyasətinin uğurla davam etdiyini, bütün sahələrdə köklü islahatların həyata keçirildiyini diqqətə çatdırdı.

Sonra çıxış edən YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov Azərbaycan dövlətinin möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoyduğunu, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirildiyini, belə bir çətin dönəmdə, pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsinin vacib şərt olduğunu vurğuladı.  

Sonda qarşıda dayanan vəzifələr müzakirə edildi, partiyanın rayon və şəhər təşkilatlarının əməkdaşlarına müvafiq tövsiyə və tapşırıqlar verildi və sosial izolyasiya ilə əlaqədar olaraq sosial şəbəkələrdə maarifləndirmə işinin daha mükəmməl şəkildə həyata keçirilməsi tövsiyə olundu.