YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir

“Koronovirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycanda nəzərdə tutulan sosial layihələr uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də cəbhəyanı bölgələrdə yerləşən Tərtər, Ağcəbədi və Ağdam rayonlarına səfəri zamanı bir çox sosial infrastruktur layihələrinin açılş mərasimlərində iştirak edib. Tərtər rayonunda ən müasir tələblərə cavab verən Tərtər İdman Olimpiya Kompleksinin açılış mərasimi keçirilib. Bununla da Tərtərdə idmanla məşğul olmaq üçün çox gözəl imkan yaranıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

 R.Əliyev bildirib ki, bölgələrdə tikilən Olimpiya İdman Komplekslərinin sayı artıq 46-ya çatıb. Daha 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam etdirilir. Ümumiyyətlə Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Azərbaycan bu parametr üzrə dünyada qabaqcıl yerlərdən birini tutur. Cənab Prezidentin iştirakı ilə Tərtərdə Dövlət Rəmzləri muzeyi açılımışdır. Eyni zamanda rayonda 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 km ola yol, yeni elektrik yarımstansiya və “Azərxalça” müəssəsi istifadəyə verilmişdir.

“Cənab Prezidentin iştirakı ilə Ağcəbədi rayonunda Ağcəbədi şəhərinin içməli su təchizatı və kanilaziya sistemi, Ağcəbədi “Asan xidmət” Mərkəzi, “Ağcəbədi-2” elektrik yarımstansiyası, Dənli bitgi toxumlarının emalı zavodu istifadəyə verilmişdir. Dövlət başçısının müvafiq sərəncamları ilə Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi üçün 2,0 milyon manat, bu rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə əlavə tədbirlər üçün 1,47 milyon manat vəsait ayırmışdır. Bütün bunlar göstərir ki, dünyanı koronavirus pandemiyası cənginə aldığı bir zamanda, ölkəmizdə də yaranmış çətinliklərə baxmayaraq Azərbaycanda sosial layihələr uğurla həyata keçirilir. Bu bir daha göstərir ki Azərbaycan güclü bir dövlətdir və dövət siyasətinin mərkəzində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, sağlamlığının qorunub saxlanması dayanır”-deyə, R.Əliyev vurğulayıb.