YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycanın pandemiyanın yaratdığı çətinlikləri sırf daxili imkanlar hesabına qarşılaması təqdirəlayiq haldır

“Məlumdur ki, koronavirus pandemiyası dünya ölkələrinin sosial-iqtisadi həyatına çox ciddi təsir etməkdədir. Belə bir şəraitdə Azərbaycanın pandemiyanın yaratdığı çətinlikləri sırf daxili imkanlar hesabına qarşılaması təqdirəlayiq haldır. Bu da son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ötən illər ərzində respublikamızın həyatı uğurla reallaşdırılan islahatlarla səciyyələnib. Aparılan islahatlar sayəsində ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Onun sözlərinə görə, Azərbaycan bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalını 3,4 dəfə genişləndirməklə dünya üzrə ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr sırasında yer alıb. Paralel şəkildə, ölkəmizin strateji valyuta ehtiyatları artırılıb.

“Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı” indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir. Əlamətdar haldır ki, pandemiya şəraitində respublikamızda böyük həcmlərdə maliyyə vəsaiti ayrılaraq genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Respublikamızda pandemiya şəraitində heç bir sosial layihə ixtisara salınmayıb. Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir. Respublikamız pandemiya şəraitində iqtisadi subyektlərin dəstəklənməsi, o cümlədən də əməkhaqlarının və iş yerlərinin qorunması proqramlarının icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Prezident İlham Əliyev bildirib ki, biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Hazırda ölkəmizdə iqtisadiyyatın pandemiyadan zərər çəkən sahələrində çalışan muzdlu işçilərə və mikrosahibkarlara dəstək proqramı uğurla reallaşdırılır. Bu proqram təxminən 600 min insanı əhatə edir. Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir”-deyə, deputat qeyd edib.