YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

İyunun 1-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4285 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 302 min 933-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstələrin sayı 2086-ya bərabərdir. Xəstələrdən 93 nəfəri reanimasiyadadır ki, onlardan da 19-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 1-də Azərbaycanda koronavirusa daha 168 yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-ci il təvəllüdlü 5 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2086 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.