YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP layihəsinin Türkiyədən keçən hissəsinin inşasını həyata keçirəcək şirkətlər məlum olub

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkənin ərazisindən keçməklə Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində “TANAP Doğal Gaz İletim A.Ş” ilə üç şirkət arasında müqavilə imzalanıb.
Müqavilələrə əsasən boru kəmərinin 375 kilometrlik hissəsinin (Ərdahan-Posof-Türkgözü-Ərzurum-Aşkale) inşasını “Fernas İnşaat A.Ş”, 375-825 kilometrlik hissəsinin (Ərzurum-Aşkale-Sivas-Yıldızeli) inşasını “Sicim-Yüksel-Akkord ADİ” ortaq şirkətləri, 825-1334 kilometrlik hissəsinin (Sivas-Yıldızeli-Əskişəhər-Seyidqazi) inşasını isə “TEKFEN İnşaat ve Tesisat A.Ş” şirkətləri həyata keçirəcək.
Türkiyə ərazisində təxminən 1850 kilometr uzunluğunda olacaq boru kəmərinin Gürcüstan sərhədindən Əskişəhərədək 1337 kilometrinin tikintisi üçün bu ilin aprelində elan edilmiş tenderə yerli və xarici olmaqla 15 şirkət dəvət olunmuşdu.