YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saat 15:00-a olan məlumat: Azərbaycanda seçici fəallığı 32.44 faiz təşkil edib

Saat 15:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 32.44 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 563 357 nəfəri səs verib.

R.Gülməmmədov qeyd edib ki, indiyə qədər MSK-nın "qaynar xətt"inə, poçt ünvanına və "facebook" səhifəsinə 80-dən artıq müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.