YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bu seçkilər yerli özünü idarəetmə orqanlarının inkişafında vacib mərhələ olacaq

«Bu gün ölkəmizdə ən mühüm siyasi hadisələrdən biri baş verir». Bu fikri YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin həyatında vacib hadisədir. Onun sözlərinə görə, yerli demokratiyanın inkişafı baxımından da seçkilər mühüm əhəmiyyət kəsb edir.

«Bu gün keçirilən səsvermədə seçici aktivliyi normaldır. Vətəndaşlar seçki məntəqələrinə gəlib öz iradələrini sərbəst şəkildə ortaya qoyurlar. İnanırıq ki, bu seçkilər yerli özünü idarəetmə orqanlarının inkişafında vacib mərhələ olacaq»- deyə, T.Rzayev qeyd edib.