YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Respublika üzrə saat 10.00-dək olan seçici fəallığı açıqlanıb

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində respublika üzrə saat 10:00-dək 4 milyon 819 min 382 seçicidən 501 min 254 nəfəri səs verib.
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. R.Gülməmmədov bildirib ki, bu, ümumi seçici fəallığının 10,4 faizini təşkil edir. Respublika üzrə ən çox seçici fəallığı 16,2 faizlə 93 saylı Bərdə şəhər seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 4,3 faizlə 95 saylı Tərtər seçki dairəsi göstərib.
“Qaynar xətt”ə 25 məlumat daxil olub və bunlar əlavə informasiya almaqla bağlıdır. Heç bir şikayət xarakterli müraciət qeydə alınmayıb.
Xatırladak ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 nəfər namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir.
Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyir. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.
5 min 15 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.
Seçkilərin “exit-poll” tədqiqatını “ELS” Müstəqil Araşdırmalar Mərkəzi həyata keçirir.