YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki ay ərzində Dənizkənarı Milli Parkda dezinfeksiya işləri mütəmadi şəkildə aparılıb

İki ay ərzində Dənizkənarı Milli Parkda dezinfeksiya işləri mütəmadi şəkildə aparılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.

Bulvarda müxtəlif nadir bitkilərin olduğunu qeyd edən İlqar Mustafayev deyib ki, ötən dövrdə bu bitkilərə də qulluq edilib. Mayın 18-i saat 00.00-dan bulvar açılıb. İnsanlar Dənizkənarı Milli Parkda 10 nəfərdən artıq qruplarda toplaşmamalıdır. İctimai iaşə obyektlərində sosial məsafə gözlənilməlidir. Masaların arasında məsafə 2 metrdən, masalarda insanlar arasında məsafə 1 metrdən az olmamalıdır. Buna nəzarət ediləcək.

İdarə rəisi onu da diqqətə çatdırıb ki, əyləncə, attraksionlar və idman qurğuları, uşaq əyləncə qurğuları fəaliyyət göstərməyəcək.