YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Əzizov: Aparılan dezinfeksiya işlərində 2 min insan iştirak edir

Bu gün Bakıda ərzaq qıtlığı yoxdur. Bu, görülən tədbirlərin nəticəsidir.

Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Azərbaycan əhalisinin sayına görə ölkəmizdə koronavirusa yoluxma sayının qənaətbəxş olduğunu söyləyən icra başçısı deyib: “Bakıda dezinfeksiya işlərinə xəstəlik aşkar olunmamışdan əvvəl başlanılıb. Şəhər icra hakimiyyətinin balansında 11 min 700 bina var. Küçələr xüsusi maddələrlə yuyulur. Texnika və xüsusi maddələr baxımından çatışmazlıq yoxdur”.

Sosial təcrid qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdıran Eldar Əzizov qeyd edib ki, əks halda virusun yayılmasının ikinci dalğası ilə üz-üzə qala bilərik. Müəyyən məhdudiyyətlər aradan qaldırılır, parklar, istirahət mərkəzləri açılır, gələcəkdə çimərliklərin də açılması gözlənilir. Lakin istirahət zamanı da müəyyən olunmuş qaydalara əməl etmək, tibbi maskalardan istifadə etmək, sosial məsafələr saxlamaq mütləqdir.

“Bu gün aparılan işlərin nəticəsidir ki, Bakı təmiz şəhərdir. Bunu yalnız biz demirik, xarici ekspertlər də deyirlər. Aparılan dezinfeksiya işlərində 2 min insan iştirak edir. Bütün liftlər hər gün dezinfeksiya edilir. Mən Mənzil Tikinti Kooperativlərinə müraciət edirəm. Onlar binalarda dezinfeksiya işləri aparmalıdırlar”, - deyə Eldar Əzizov vurğulayıb.