YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Koronavirus pandemiyası insanlarımızın həmrəyliyik göstərməsi baxımından bir sınaq oldu

“Koronavirusa qarşı mübarizədə effektiv nəticələrin əldə olunması üçün yalnız dövlətin səfərbər olunmağı kifayət etmir. Bu müharibədə mütləq şəkildə dövlətlə xalq əl-ələ verərək bir yerdə vuruşduqda qalib gəlmək mümkündür”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, hər bir hərəkətdə ümummilli həmrəylik birinci yerdə dayanır. Bu həmrəylik pandemiyanın yayılma zəncirinin qırılmasında özünü göstərməli, həm də müəyyən məqamlarda nümayiş olunmalıdır. Pandemiyaya qarşı mübarizədə xalqdan ilk növbədə tələb olunan sosial məsafənin gözlənilməsi, şəxsi gigeyinik qayadalarına riayət olunması, tibbi maskanın taxılması və evdə qalmasıdır. Belə baxanda, bu ürək açan olmasa da o qədər də çətin tələblər deyil. Əgər biz pandemiyaya qalib gəlmək istəyiriksə bu işə səbrlə yanaşmalıyıq və həmrəylik nümayiş etdirməliyik. Koronavirus pandemiyası insanlarımızın həmrəyliyik göstərməsi baxımından bir sınaq oldu.

“Cənab Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı və bu fonda dövlət büdcəsindən 20 milyon manat vəsait ayırdı. Sonra isə cənab Prezident və Birinci vitse-prezident bir illik əmək haqlarını bu fonda ianə etdi. Ardınca, ölkədə vətəndaşlarımızın böyük həmrəyliyinin şahidi olduq . İnsanlar öz maddi imkanları daxilində fonda ianələr etməkdə davam etməkdədir və bu gün fondun vəsaitləri 113 milyonu keçmişdir. Həm də sosial vəziyyəti aşağı olan ailələrə imkanlı şəxslər tərəfindən ərzaq və gündəlik tələbat mallarının yardımlarında bir həmrəyliyini gördük. Sevindirici haldır ki, xalqımız çətin anlarda birləşə bilir və vətəndaş həmrəyliyini nümayiş etdirir”-deyə, A.Badamov vurğulayıb.