YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankı Azərbaycan ilə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiqləyib

Asiya İnkişaf Bankı Azərbaycan ilə yeni Ölkə tərəfdaşlıq strategiyasını təsdiqləyib.
Bu barədə Asiya İnkişaf Bankın (AİB-in) Azərbaycandakı nümayəndəliyinin 2014-cü il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında nümayəndəliyin direktoru Olli Norojono deyib.
Məlumat verilib ki, 2014-cü il ərzində AİB fəaliyyətini əsasən nəqliyyat, enerji və şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması sektorlarında davam etdirib. AİB 2014-2018-ci illər üçün Azərbaycan ilə yeni Ölkə tərəfdaşlıq srategiyasını təsdiqləyib. Yeni strategiya nəqliyyat, energetika, su və digər şəhər kommunikasiya və xidmətlərinin təmin olunması kimi sahələrdə işləniləcək. Bundan əlavə yeni strategiyada əhatəli artım, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığı, regional əməkdaşlıq, gender bərabərliyi, idarəçilik və kadr potensialının gücləndirilməsi, ekoloji davamlılıq, iqlimin dəyişməsi, tərəfdaşlıq və biliyə əsaslanan həll yolları bankın əsas strategiyalarından biridir.
Qeyd edilib ki, AİB-in fəaliyyətinin gələcəkdə enerji səmərəliliyi, sığorta və lizinq, təhsil, kənd təsərrüfatı və təbii sərvətlərin idarə olunması kimi sahələri genişlənməsi mümkündür. Hazırda strategiyanın əsasında hazırlanmış və 2015-2017-ci illəri əhatə edən Ölkə üzrə əməliyyatlar biznes planı (ÖƏBP) Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilir.
AİB-in nümayəndəliyinin direktoru Olli Norojono Azərbaycan hökumətinin tərəfdaşlığını yüksək qiymətləndirərək deyib: “AİB-in Azərbaycanın dövlət sektoruna 8 layihə üzrə 1,2 milyard investisiyanın hökumət tərəfindən müvəffəqiyyətlə icra olunmasından məmnunluq duyuruq. 2014-cü ildə hökumət 231 milyon dəyərində kontraktlar imzalayıb, bu da qarşımızda qoyulmuş hədəfin 120 faizi deməkdir. Bu il ərzində AİB 161 milyon pul ödəməklə hədəfin 90 faizini həyata keçirib”.
Bildirildi ki, 2014-cü ildə AİB və Azərbaycan hökuməti arasında əməkdaşlığın 15-ci ildönümü qeyd olunub. 2015-ci ilin may ayında AİB-in illik toplantısı Azərbaycanda keçiriləcək.