YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Belarusun Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Mayın 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, hazırki qlobal vəziyyətə toxunan nazirlər COVID-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib və iki ölkə arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər. Pandemiyaya baxmayaraq, ticari-iqtisadi münasibətlərin saxlanılması və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyət məsələlərinə toxunulub.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində BMT, MDB, həmçinin Avropa İttifaqı ilə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər daxil olmaqla, həyata keçirilən əməkdaşlıq və birgə addımları müzakirə ediblər.

Söhbət zamanı müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin gələcək gündəliyi müzakirə olunub. COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra təmasların gələcəkdə davam etdirilməsinə dair razılıq ifadə olunub.