YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Bu gün beynəlxalq miqyasda Azərbaycan gənclər siyasəti nümunə kimi göstərilir

«Bu gün Azərbaycanda geniş dünyagörüşünə malik gənclər ordusu var». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin yeni mərhələsi yaşanmaqdadır. Onun sözlərinə görə, bu siyasət çərçivəsində ölkəmizin yeni hədəflərimiz var.

«Bu gün beynəlxalq miqyasda Azərbaycan gənclər siyasəti nümunə kimi göstərilir. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada inkişafa nail olunmasın. Hər bir inkişafa gedən yol da məhz maarifçilikdən keçir. Cəmiyyətin bütün sahələrində maarifləndirmə işlərinin həyata keçirilməsi çox önəmlidir. Təbii ki, baxımdan, gənclərlə iş böyük əhəmiyyət kəsb edir»- deyə, nazir müavini vurğulayıb.