YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Zirvə görüşü ölkəmizin qlobal problemə çevrilmiş koronavirus pandemiyası ilə mübarizədə mühüm rol oynadığını göstərir

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əslində, Azərbaycan bu təşəbbüslə çıxış edib, problemi qlobal səviyyədə müzakirəyə çıxarmaqla bir daha dünya üçün nümunə oldu”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda dünya miqyasında özünün töhfələri verməkdədir. Onun sözlərinə görə, “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirlən Zirvə görüşünə dünyanın bir çox ölkələrin dövlət və hökumət başçıları iştirak etdi: “Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Azərbaycan bu təşkilatın sədri olaraq öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü də bu faktı sübut edir”.

Millət vəkili söyləyib ki, Prezident İlham Əliyev Zirvə görüşündə  əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Bu fakt da ölkəmizin, şəxsən Prezidentimiz İlham Əliyevin humanist, yardımsevər siyasətinin ifadəsidir.

Deputat qeyd edib ki, Zirvə görüşündə çıxış edən beynəlxalq təşkilatların rəhbərləri və dövlət başçıları Azərbaycan Prezidentinin qlobal problemlə mübarizə ilə bağlı təşəbbüslərini yüksək dəyərləndiriblər: “Beləliklə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının, bundan əvvəl isə Türk Şurasının Zirvə görüşləri ölkəmizin qlobal problemə çevrilmiş koronavirus pandemiyası ilə mübarizədə mühüm rol oynadığını göstərir. Bu məqamda xatırlatmaq istəyirəm ki, Türk Şurası dünya miqyasında koronavirus pandemiyası ilə bağlı Zirvə görüşü keçirmiş ilk beynəlxalq təşkilatdır. Bütün bu faktlar Azərbaycan dövlətinin insanların sağlamlığına, təhlükəsizliyinə və rifahına xüsusi diqqət yetirdiyini, eyni zamanda bu konteksdə qlobal səylərini əsirgəmədiyini göstərir. Bu həm də, onun ifadəsidir ki, bugünlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimizin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanizm dəyərlərinə əsaslanan siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Bu siyasətin nəticələri də vətəndaşlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Dövlətimizin başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında da bu fikirlər öz əksini tapır”.

Millət vəkili qedy edib ki, bu gün  Azərbaycanda koronavirusla mübarizə istiqamətində ciddi tədbirlər həyata keçirilir. “Virusun geniş yayılmasının qarşısının alınması ilə əlaqədar bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın  karantin rejiminin  qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Məlumdur ki, aprelin  27-dən xüsusi karantin rejimində  yumşalmalar edilir. Amma bu təhlükənin sovuşması, koronavirusla mübarizənin bitməsi deyil. Son iki gündə xəstələrin sayının artması göstərir ki, məsuliyyətimizi artırmalıyıq. Vətəndaşlarımız Azərbaycanda koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr nəticə pis ola bilər. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Əks halda, karantin rejimi yenidən sərtləşdirilə bilər”.