YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində təcrübəsini bölüşməyə və əməkdaşlığa hazırdır

Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq.

Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyev bu fikirləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki giriş nitqində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Zirvə görüşündəki nitqində Azərbaycanda insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək vətəndaşların bunu çox yüksək qiymətləndirdiyini vurğulayıb.