YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Seyidzadə: Azərbaycanın türk dünyası üçün əhəmiyyəti tək dövlətlər səviyyəsində deyil, ictimai səviyyədə də artıq qəbul edilib

«Dünya Türk Gəncləri Birliyi təkcə gənclərlə bağlı məsələləri deyil, eyni zamanda sahibkarlıq, ticarət, media və digər sahələrdə də türk xalqlarını bir araya gətirir və onların sıx əməkdaşlığını təşkil edir». Bu fikri Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Dünya Türk Gəncləri Birliyinin XVI qurultayının nəticələrinə münasibət bildirərkən deyib.

Qurultayın türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Ş.Seyidzadə, şərqdən qərbədək geniş bir ərazidə yaşayan türkləri öz ətrafında birləşdirən DTGB-nin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, qurultayda müxtəlif ölkələrin tərkibində yaşayan türk xalqları olsa da, onları birləşdirən ümumi və ən mühüm dəyər onların türk dünyasının bir parçası olmaları idi.

«Dünya Türk Gəncləri Birliyinin sədrliyinə yenidən azərbaycanlının seçilməsi ölkəmiz üçün vacib əhəmiyyətə malikdir.  Bu bir daha Azərbaycanın türk dünyasında olan önəmli rolu və nüfuzundan xəbər verir. Azərbaycanın türk dünyası üçün əhəmiyyəti tək dövlətlər səviyyəsində deyil, həmçinin ictimai səviyyədə də artıq qəbul edilib. DTGB-yə yenidən azərbaycanlı sədrin seçilməsi böyük etimadın sübutudur»- deyə, Ş.Seyidzadə qeyd edib.