YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır

Elman Nəsirov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 6-da  “Məkkum olunan bir sıra şəxslərin əhv olunması haqqında” əhv sərəncamı imzalamışdır. Sərəcamın əhatə dairəsinə koronovirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan yaşı 65-də yuxarı olan məhkumlar daxil edilmişdir. Bu kateqoriyadan olan 176 nəfər məhbus cəzasının çəkilməmiş hissəssindən azad olmuşdur. Bu addımı atmaqla  Azərbayacan dövləti və onun rəhbəri idarəetmədə şəfqət, humanizm və insanpərvərlik kimi ali dəyərlərə sadiq qaldığını növbəti dəfə nümayiş etdirmişdir. Bu da təsadüfi deyildir. Dövlətimizin rəhbəri Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və onu yeni dünya reallıqlarına adekvat olaraq davam etdirir, bu prosesdə varislik və müasirliyin  unikal harmoniyasına nail olmağı bacarır. Məsələyə bu xüsusda yanaşdıqda qeyd etməliyik ki, Azərbaycanda siyasətə humanizmi baza prinsipi olaraq  gətirməklə  əhv və amnistiya təsisatıarının yaradılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və iradəsi sayəsində 1995-2003-cü illərdə 77 mindən çox məhkuma şamil edilən 7 amnistiya aktı və 32 əhv fərmanı verilmişdir. Bu məhkumlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən  azad olunmuşdur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı əhv sərəncamlarına əsasən isə 4871 nəfər məhkum azad olunmuşdur.

Azərbaycanda və onun hududlarından kənarda belə şəfqət, mərhəmət nə nəciblik mücəssəməsinə çevrilmiş ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hələ Milli Məclisin deputatı olarkən 4 dəfə-2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam  və qismən  ləğv edilmişdir.

Bütün bu sadalan faktlar və arqumentlər bir daha təsdiqləyir ki, insanpərvərlik və humanizm prinsipləri son 27 il ərzində Azərbaycanın dövlət siyasətinin təməl prinsipləri olaraq tətbiq və təşfiq olunmaqdadır. Cənab Prezidentin 6 aprel tarixli əfv Sərənacamı da eyni məntiqin yeni şəraitdə ifadəsi kimi qiymətləndirilməlidir.

Bütün bunlarla yanaşı, təəssüf  hissi ilə qeyd edirik ki. Azərbaycanın radikal müxalifət kəsimi yenə öz naqis xislətini biruzə verməkdədir. Azərbaycan hakimiyyətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları, eyni zamnada xalqımızı və dövlətimizi bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün atdığı sərt karantin tədbirləri “5-ci kolon” nümayəndələri tərəfindən süngi ilə qarşılanmış, növbəti qarayaxma, yalan və iftira kamapaniyasını həyata keçirmək üçün növbəyə dayanmışlar. Onların paralel olaraq ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr qoşmaq növbəsinə dayanıqları da diqətdən yayınmır. Bu ikiüzlülük və milli xəyanətin klassik nünunəsi kimi göz qabağındadır. Hətta iş o yerə gəlib çatıb ki. bu antimilli ünsürlər işğalçı Ermənistanın koronovirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmir, guya ki, rəsmi İrəvanın məcbiri məhdudiyyətlərə rəvac verən addımları ölkədə  “demokratiyanın baza prinsiplərini zədələmir” kimi gülünc və sərsəm ifadələr işətməkdən belə vaz keçmirlər. Halbuku “sapı özümüzdən olan baltalar” çox gözəl bilirlər ki. işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilmişdir. Mətbuata senzura təqbiq olunmuşdur. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarıa istinad etmələri bir qanun tələbi kimi irəli sürülmüşdür. Bunun əksi olduqda  müvafiq addımı atmış tərəf  2 saat ərzində mətbuatda təkzib verməlidir. Bunun edilməyəcəyi təqdirdə fövqəladə vəziyyət rejiminin bütün sərtliyi ilə məlum qaydanı pozmuş tərəfə qarşı istifədə olunması sırf zaman məsələsidir.

Yeri gəlmişkən, sonda onu da vurğulayaq  ki, ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və  xəbis dünyagörüşlərinə adekvat olaraq  “koronavirus demokratiyası” deyilən  həqarətli bir termin də icad ediblər. Xalqımız onları “şanlı” keçmişlərinə görə “azadlıq aşiqləri” kimi xatırlayır və rədd edir, Bundan sonra isə onları “koronavirus demokratları” kimi  permanent “siyasi izolyasiya”da saxlayacaqları artıq  teorem yox, aksiom tələbidir.