YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fazil Talıbov: "Sosial yardım haqqı çatan vətəndaşlara veriləcək"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yeni TV-nin qonağı olub. Nazirlik rəsmisi işsiz kimi qeydiyyatda olanların birdəfəlik yardım alması ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, Tədbirlər Planında işsiz şəxslərin sosial müafiəsinə dəstək xüsusi nəzərə alınıb: "Haqqında söhbət gedən tədbir 200 min insanı əhatə edəcək. Bu şəxslər aprel və may ayları ərzində 190 manat birdəfəlik ödəniş alacaq. Proses artıq başlayıb. Vətəndaşlar müraciət edirlər. Hazırda müraciətlərin təhlili həyata keçirilir" F.Talıbov vurğulayıb ki, əmək və xidməti müqavilə ilə çalışanlar işsiz şəxs statusu ala bilməzlər: "Sahibkarlar, həmçinin ailə pay, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan şəxslər də bu statusu ala bilməzlər. Əyani təhsil alan tələbələr heç vaxt işsiz şəxs statusu ala bilməzlər. Yəni bu kateqoriyadan olan insanların məlumatsızlığı səbəbindən müraciətlər çoxdur".

DİGƏR Xəbərlər Arxiv