YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni TV-nin “Sağlam ol” verilişinin növbəti qonağı deputat Ramil Həsəndir.

Yeni TV-nin “Sağlam ol” verilişinin növbəti qonağı deputat Ramil Həsən olub.

Söhbət zamanı Milli Məclisin üzvü ilə dünyada və Azərbaycanda yeni növ koronavirus pandemiyasına qarşı mübarizə müqayisəli təhlil edilib. R.Həsən hesab edir ki, COVİD-19 Çində meydana çıxan zaman dünyanın super gücləri bu virusa lazımi diqqət yetirmədilər: "COVİD-19 2019-cu ilin noyabr ayında Çində meydana çıxmasından, 2020-ci ilin fevralın sonuna qədər keçən 3 aylıq dövrü dünya üçün itirilmiş zaman kəsiyi hesab edirəm. Çünki insanlar, xüsusən, super güclər bu virusun yayılma tendensiyasına ciddi əhəmiyyət vermədilər. Əgər gərəkli diqqət ayrılsaydı, çox güman ki, virusu elə Çində lokallaşdırmaq mümkün olardı". Deputat qeyd edib ki, Azərbaycanda yeni növ koronavirusla mübarizə məqsədilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah dərhal və ciddi qərarlar qəbul etdiyi üçün Avropanın başına gələn müsibətlərin böyük ampulasına sahib deyilik. Bununla belə R.Həsən vurğulayıb ki, vəziyyət çox ciddir və vətəndaşlar Xüsusi Karantin rejiminin tələblərinə maksimum əməl etməlidirlər.