YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP gənclərindən milli həmrəyliyə töhfə (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVİD-19, yeni növ koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində köməyə və dəstəyə ehtiyac olan ölkə vətəndaşlarına yardım çağırışına ilk qoşulanlardan olan Yeni Azərbaycan Partiyasının gəncləri martın 21-dən start götürən "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya yekun vurub. Bu nəcib təşəbbüsə qoşulan partiyanın rayon və şəhər təşkilatları, fəal üzvlər tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərində olub, gigiyenik vasitələr aparıblar. Gənclər qayğıya ehtiyacı olan yaşlı insanlara Koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər. Bundan başqa partiyanın könüllüləri mart ayının 26-dan paralel olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbüsü ilə başladılan sosial xidmət aksiyasına qoşulub. Bu aksiya çərçivəsində partiyanın könüllüləri nazirliyin sosial işçiləri ilə birlikdə ahıl və tənha yaşayan insanlara dəstək göstərirlər. Qeyd edək ki, bu aksiya çərçivəsində partiyanın könüllüləri hər gün yüzlərlə ailəyə baş çəkir. Və bu nəcib təşəbbüsü icra edərkən bir amalı əsas götürürlər. Ölkə başçısının çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz töhfə vermək.