YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti xanım Simonetta Sommaruqaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti  xanım Simonetta Sommaruqaya təbrik ünvanladı.
Təbrikdə deyilir: “İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”