YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda son illərdə Sabirabad rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərin baş verdiyi, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyi bildirilir. Qeyd edilir ki, rayonda əsas kapitala yönəldilmiş vəsait 168,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 178,5 dəfə artıb, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, “Asan Xidmət” Mərkəzi tikilib, rayon mədəniyyət evi əsaslı təmir olunub, 3800 şagird yerlik 12 məktəb, 100 yerlik uşaq bağçası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 29 modul tipli sutəmizləyici qurğu quraşdırılıb, müasir istixana kompleksləri, 12 min tonluq regional logistik baza istifadəyə verilib, avtomobil yolları çəkilib, körpülər salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
Sərəncama əsasən, Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.