YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev karantin rejimi ilə əlaqədar olaraq köməyə və dəstəyə ehtiyac olan Azərbaycan vətəndaşlarına yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini söyləmişdir. Yeni Azərbaycan Partiyasının könüllüləri də Prezidentin bu çağırışına qoşularaq aksiyaların həyata keçirilməsində iştirak edirlər”. Bu fikirləri Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

YAP-ın Sədr müavinin sözlərinə görə, YAP-ın könüllüləri artıq bir neçə gündür ahıl insanlara, köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan bizim ağsaqqalarımıza qoruyucu vasitələrin çatdırılması ilə əlaqədar aksiya keçirib: “Bu günə qədər YAP-ın könüllüləri 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmin aksiya bu gün də və bundan sonra da davam etdiriləcəkdir. Məqsəd ondan ibarətdir ki, ehtiyacı olan və lakin bunu almaq üçün çölə çıxmağa imkanı olmayan və yaxud başqa cür imkanları olmayan insanlara özlərinin koronovirusdan qorunması üçün lazım olan lazım olan vasitələri çatdırsınlar.

İkinci istiqamətdə həyata keçirdiyimiz aksiya isə könüllərimizin vasitəsilə karantin rejimi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onların sosial işçiləri ilə birlikdə ahıl və tənha yaşayan insanlara dəstək göstərməsi ilə əlaqədardır. Bu məqsədlə YAP-ın Bakı şəhəri üzrə 200-dən yuxarı və bütövlükdə Azərbaycan üzrə 550-dən artıq könüllüləri səfərbər olunub. Bunlar özləri bu aksiyada iştirak etmək niyyətini ortaya qoyublar. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə Prezidentin rəhbərliyi ilə aparılan koronovirusun yayılmasının qarşısının alınması məqsədi güdən tədbirlərin müsbət nəticələrə gətirib çıxarması üçün öz töhvələrini verrməyə çalışır. Güman edirəm ki, bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan və bütün ölkələrin cəmiyyətlərini ciddi şəkildə narahat edən koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik”.