Partiya xəbərləri
YAP-ın Sədr müavini Əli Əhmədov Birləşmiş Krallığın ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov martın 5-də Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə partiyanın İcra Katibliyində görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP-ın Sədr müavini Əli Əhmədov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak edib.