YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Fikrətzadə: Azərbaycanda emal sənayesinin inkişafı üçün böyük potensial var

“Azərbaycanda emal sənayesinin inkişafı üçün böyük potensial var. Hazırda kənd təsərrüfatının emalı sənayesində yaradılan əlavə dəyərin ilkin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaradılan əlavə dəyərə nisbəti 25 faiz təşkil edir”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

F.Fikrətzadə bildirib ki, bu göstərici inkişaf etmiş ölkələrdə ən azı 1 - 1,2, hətta 1,4 faiz nisbətindədir: “Meyvə-tərəvəzin qurudulması, toxuculuq, pambıqçılıq, ipəkçilik, süd məhsullarının emalı sahələrinin perspektivləri var. Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesi vasitəsilə mümkündür. Azərbaycan emal olunmamış kənd təsərrüfatı məhsulları üzrə ixrac edə biləcəyi həcmin demək olar ki, maksimumuna yaxınlaşıb. Bu baxımdan, dövlətimizin başçısının da vurğuladığı kimi, emal sənayesinin böyük perspektivi var. Hazırda emal sənayesi üzrə ölkənin mövcud potensialının çox az bir hissəsindən istifadə olunur. Demək olar ki, kənd təsərrüfatı məhsullarının emalı üzrə ixracın ilkin mərhələsindəyik. Emal sənayesinin inkişafı ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac potensialının gücləndirilməsində mühüm rol oynayacaq”.

Firdovsi Fikrətzadə, həmçinin qeyd edib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində görüləcək işlərə dair texniki əsaslandırmalar hazırlayır və bununla bağlı təkliflər hökumətə təqdim olunacaq.