YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha səmərəli işləməlidir

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Türkiyəyə səfər ediblər.

Həmsədrlərlə və A.Kaspşiklə görüş zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməyə çağırıb. Bildirib ki, bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır.