YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan nəşrində nasist Njdenin Ermənistanda qəhrəman kimi qələmə verilməsi haqqında məqalə dərc olunub

"Daily News Hungary" nəşrində alman mənşəli Mattias Volfun nasitlərin əlaltısı Qaregin Njdenin Ermənistanda qəhrəman kimi qələmə verilməsi haqqında məqaləsi dərc edilib.

İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş məqalədə nasistlərin və onların əlaltılarının qəhrəman kimi qələmə verilməsinə qarşı BMT Baş Assambleyasının qətnamələri xatırlanır. Müəllif qeyd edir ki, Ermənistan rəhbərliyinin bu yolverilməz hərəkəti ilə bağlı ilk həyəcan təbili çalanlardan biri, müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə bu məsələni qaldıran Azərbaycan Prezidenti İlham Əliyev olub.

Mattias Volf, həmçinin yazır ki, nasistlərin əlaltılarının qəhrəman kimi qələmə verilməsinə hələ Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın hakimiyyətləri dövründə başlanılıb və indi isə bu siyasət Nikol Paşinyan tərəfindən davam etdirilir.