YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir

Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir. Çox qısa zamanda Azərbaycan Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilib.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi “Gələcək naminə dialoq: Rusiya və ətraf aləm” proqramının iştirakçıları ilə görüşündə deyib.
Görüşün iştirakçısı, Litvanın Vitautas Magnus Universitetinin azərbaycanlı magistrantı Fuad Şahbazovun Azərbaycan-Rusiya əlaqələri barədə sualına cavab verən nazir bildirib ki, Azərbaycan hökuməti Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqla hər iki ölkənin strateji tərəfdaş olduğunu əməldə də sübut etdi. “Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığımız sürətlə davam edir. Biz Azərbaycanda yetişdirilən müxtəlif növ meyvə-tərəvəzin Rusiya bazarlarına idxalında çox maraqlıyıq. Onu da qeyd edim ki, mən Azərbaycan mətbəxinin çox böyük heyranıyam”.
“Gələcək naminə dialoq: Rusiya və ətraf aləm” layihəsində müxtəlif ölkələrdən 20-dən artıq nümayəndə iştirak edir. Onlar Rusiyanın bir sıra dövlət qurumlarında olub, rəsmi şəxslər, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçiriblər.